EN

“Neftçi”dən “Bacardıq”

“Ağır oyun oldu, çətin məsələ mərhələni adlamaq idi ki, biz bunu bacardıq".

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Mustafa Sek evdə “Kəpəz”i 1:0 (ilk oyun - 2:0) hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü haqda deyib.

29 yaşlı seneqallı yarımmüdafiəçisi 61-ci dəqiqədə komanda yoldaşı Bassala Sambunun qırmızı vərəqə aldığı epizodu belə şərh edib:

"Sambu komandaya yaxşı uyğunlaşıb. İkinci dəfə start heyətdə meydana çıxırdı. Növbəti oyunlarda bizə kömək edə bilməməsi çox pis oldu.

Həmin epizodda sarı vərəqə bəs edirdi. Mənim üçün bu, "sarı" olsa da, baş hakim Rəşad Əhmədov üçün “qırmızı” idi.

Ona görə də hakimlik barədə fikir bildirmək istəmirəm, çünki mənasızdır”.

Chosen
98
18
sportinfo.az

10Sources