EN

İsrail ordusu Suriyada silah anbarına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Laziqiyyə vilayətinin Qardaha şəhəri yaxınlığındakı silah anbarına zərbələr endirib.

APA xəbər verir ki, İsrail ordusunun məlumatına görə, bu obyekt Bəşər Əsəd dövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahların saxlanması üçün nəzərdə tutulub.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Suriyanın Qardaha bölgəsində Suriyanın əvvəlki rejiminə məxsus silahların saxlanıldığı hərbi obyektə zərbələr endirib. Ərazidə baş verən son hadisələr fonunda, ərazidəki hərbi infrastruktura hücum etmək qərarı verildi. İsrail ordusu bölgədəki hadisələri izləməyə davam edir və İsrail Dövlətinin vətəndaşlarını qorumaq üçün lazımi tədbirlər görəcək", - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Chosen
70
1
apa.az

10Sources