Albaniyanın "Eqnatiya" klubunun azərbaycanlı futbolçusu Zamiq Əliyev öz hərəkəti ilə Avropada gündəm olub.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin komandadakı bəzi futbolçularla birgə müqəddəs Ramazan ayında oruc tutaraq, yerli çempionatda oynaması Euronews-un diqqətindən yayınmayıb.
Z.Əliyev martın 2-də "Eqnatiya"nın heyətində "Teuta" ilə matçın gedişatında orucunu açıb. Görüşün baş hakimi azan sədalarını eşidən kimi, qarşılaşmanı dayandıraraq, oyunçuların su içib, iftarı açmalarına icazə verib.
Qeyd edək ki, yığmamızın da şərəfini qoruyan Zamiq ötən ilin yayından Albaniyada top qovur. Onun komandası ölkə çempionatına liderlik etməklə yanaşı, kubok yarışında da yarımfinala vəsiqə qazanıb.