"Zirə"nin futbolçusu Salifu Sumaya gələn təkliflərin ardı-arası kəsilmir. 

Offsideplus.az "Imedias"a istinadən xəbər verir ki, 21 yaşlı vinger ilə Türkiyə Super Liqasından "Fənərbağça" klubu maraqlanır.

Xəbərdə "sarı-lacivərtlər"in adıçəkilən futbolçunu heyətinə qatmağa yaxın olduğu bildirilir. 

Suma ÇSKA-nın transfer siyahısında olsa da, Türkiyə klubunun üstünlüyünün böyük olduğu qeyd olunur. 

Qvineyalı oyunçuya yaxın olan mənbə, "Zirə"nin qarşı tərəfdən 800 000 avro tələb etdiyini, "Fənərbağça"nın bu məbləği ödəməyə razılaşdığını xəbər verir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Salifu Suma 3 il əvvəl "Kayserispor"a transfer edilib, lakin meydana çıxmadan müqaviləsi ləğv edilib.

Xatırladaq ki, cari mövsüm "qartallar"ın heyətində 22 oyuna çıxan Suma 8 qol və 4 assistə imza atıb. Onun "Zirə" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.