EN

İngiltərə Kuboku: "Meşəbəyilər" 1/4 finalda

İngiltərə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Nottingem Forest” “İpsviç Taun”u qəbul edib. Qalibi oyunsonrası penalti seriyası müəyyənləşdirib. 1/4 finala “Nottingem Forest” vəsiqə qazanıb.

Beləliklə, 1/4 finalda “Bornmut” “Mançester Siti” ilə, “Fulhem” “Kristal Pelas”la, “Preston” “Aston Villa” ilə, “Nottingem Forest” isə “Brayton”la üz-üzə gələcək. Bu mərhələnin oyunları martın sonunda keçiriləcək.

İngiltərə kuboku
1/8 final
3 mart

Nottingem Forest İpsviç Taun 1:1 (penaltilər 5:4)
Qollar: Yates, 68 – Herst, 53.

Chosen
27
fanat.az

1Sources