Çin Xalq Azadlıq Ordusunun 19 təyyarəsi və 5 gəmisi Tayvana yaxınlaşıb...
Poliqon xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Hərbçilərin məlumatına görə, adanın yaxınlığında 19 təyyarə, beş hərbi gəmi və üç mülki gəmi aşkar edilib. 19 təyyarədən 11-i Tayvan boğazı üzərindən median xətti keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub.
Tayvan Müdafiə Nazirliyi vəziyyətin monitorinqini apardığını və buna uyğun reaksiya verdiyini qeyd edib.
Fevralın 17-də isə bildirildi ki, Tayvan hakimiyyəti ABŞ-dan çoxmilyardlıq silah almağı planlaşdırır.
Poliqon.info