Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Amerika danışıqlarının növbəti mərhələsinin nə vaxt keçirilə biləcəyi ilə bağlı sualı cavablandırıb...
Poliqon xəbər verir ki, o bu barədə RİA Novosti nəşrinə bildirib.
"Bu barədə danışmaq hələ tezdir", Kreml sözçüsü bildirib.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında bir neçə ildən sonra ilk danışıqlar baş tutub. Tərəflər bir-birlərinə Ukrayna ilə bağlı “
prinsipial yanaşmalarını açıqlayıb, həmçinin Amerika və Rusiya prezidentlərinin gələcək görüşünün təşkilini müzakirə ediblər. Nəticədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Vaşinqtonun Moskvanın mövqeyini daha yaxşı eşitməyə başladığına inanmağa əsas var.
Poliqon.info