Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2025” bu il də paytaxtda idmansevərləri bir araya gətirəcək.
QHT.az xəbər verir ki, Marafonda iştirak etmək istəyənlər üçün qeydiyyat prosesi bu gündən - 4 martdan başlayır və 25 aprel tarixinədək davam edəcək. 18 yaşdan yuxarı şəxslər qeydiyyatdan keçmək üçün “28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall” ticarət mərkəzlərində yerləşən qeydiyyat məntəqələrinə yaxınlaşa və ya marafonun rəsmi saytı www.marathon.az vasitəsilə müraciət edə bilərlər.
Marafon sağlam həyat tərzini təbliğ etmək və idmana olan marağı artırmaq məqsədilə keçirilir.