EN

Zelenskiyə Ukraynadan qaçmağı təklif etdi

Amerikalı milyarder İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskiyə hakimiyyətdən getməyi və neytral ölkəyə qaçmağı təklif edib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu təkliflə "X" sosial şəbəkəsindəki səhifəsində çıxış edib.

Biznesmen istifadəçilərdən birinin Zelenskini “günahsız ukraynalıları ətçəkən maşına göndərməkdə” günahlandıran paylaşımını şərh edib. 

Onun fikrincə, Zelenskiyə hərbi əməliyyatları davam etdirmək faydalıdır, çünki bu, ona hakimiyyəti saxlamağa imkan verəcək.

“Doğrudur. Nə qədər xoşagəlməz olsa da, Zelenski Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində neytral ölkədə hansısa amnistiya təklif etməlidir", - deyə Mask yazıb. 


Chosen
47
soz.az

1Sources