EN

Türk Dünyası Mediatorlar Birliyinin 2-ci Beynəlxalq Qurultayı Azərbaycanda keçiriləcək

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, Türk Dünyası Arabulucular Birliyi Türk Dünyası Mediatorlar Birliyinin 2-ci Beynəlxalq Qurultayının Azərbaycanda keçirilməsi üçün təşkilati işlərə start verib.

QHT.az xəbər verir ki, Qurultay Türk dövlətləri arasında hüquqi əməkdaşlığın və mediasiya institutunun inkişafına töhfə vermək məqsədi daşıyır. Nadir Adilov qeyd edib ki, tezliklə Qurultayın təşkili üçün mediatorlardan ibarət təşkilat komitəsi elan ediləcək.

Bu mötəbər beynəlxalq tədbirin Türk dövlətləri, Azərbaycan və mediasiya sahəsində çalışan mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Chosen
9
qht.az

1Sources