EN

Çempionlar Liqasında1/8 final mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə dörd görüş keçiriləcək.

"Brügge" Bakı vaxtı ilə saat 21:45-də doğma meydanda "Aston Villa"nı qəbul edəcək.

"Borussiya Dortmund" "Lill" ilə, PSV "Arsenal"la, "Real Madrid" "Atletiko Madrid" ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları mart ayının 6-da başa çatacaq, cavab görüşləri isə martın 11-12-də keçiriləcək.

4 mart

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

Saat 21:45, "Brügge" - "Aston Villa".

5 mart

Saat 00:00, "Borussiya Dortmund" - "Lill";

Saat 00:00, PSV - "Arsenal";

Saat 00:00, "Real Madrid" - "Atletiko Madrid".

Bizim.Media

Chosen
33
4
bizim.media

10Sources