EN

"Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib"

ABŞ prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib.

MArja.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Bloomberg" Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar rəhbərliyi sülhə sadiqliyini nümayiş etdirənə qədər Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır.

Mənbənin sözlərinə görə, söhbət Ukrayna ərazisinə hələ çatmamış bütün silahların, o cümlədən hazırda Polşadan tranzit keçən silahların tədarükündən gedir.

Prezident administrasiyasının rəsmisi Fox News-a deyib: "Bu, yardımın daimi sonu deyil, fasilədir".

Chosen
26
marja.az

1Sources