EN

Dünya çempionatında ilk məğlubiyyət

Monteneqronun Petrovaç şəhərində keçirilən gənc şahmatçılar arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, həm oğlanların, həm qızların yarışında VII turun matçları baş tutub.

Bu turadək liderlər qrupunda olan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva çempionatda ilk məğlubiyyətini alıb. O, Mariya Yakimovaya (FİDE) uduzaraq yeddinci yerə düşüb. Ayanın hesabında 5 xal var. O, zirvədəki Yakimovadan 1 xal geri qalır.

Oğlanların yarışında Şiroğlan Talıbov və Xəzər Babazadə rəqibləri ilə heç-heçə ediblər. Hərəyə 4,5 xal toplayan şahmatçılarımız ilk “50-lik”də qərarlaşıblar.

İdman.biz

Chosen
15
idman.biz

1Sources