EN

Qayıt da, gözünün kökü saraldı “Şamaxı”nın...

"Şamaxı"nın aparıcı oyunçularından hesab edilən Leroy Mikelsin müalicəsi yekunlaşıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, ayağındakı ağrılara görə 4 matçdır komandasına kömək edə bilməyən almaniyalı hücumçu gələn həftədən yüngül məşqlərə başlayacaq.

30 yaşlı forvardın Premyer Liqanın 27-ci turunda keçiriləcək "Araz Naxçıvan"la matçda iştirak edəcəyi gözlənilir.

Mikels bu mövsüm "Şamaxı"nın heyətində meydana çıxdığı 19 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
101
16
sportinfo.az

10Sources