“Gəncə Şərab-2” ASC-nin səhmdarlarının 18 aprel tarixində növbəti illik ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncaqda cəmiyyətin 2024-cü il üzrə fəaliyyəti müzakirə olunacaq, mühasibat balansı təsdiq ediləcək, mənfəətin bölüşdürülməsi və dividendlərin ödəniş qaydası müəyyənləşdiriləcək.
Həmçinin digər məsələlər də gündəlikdə yer alacaq.
Yığıncaq Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) ünvanında, “Gəncə Şərab-2” ASC-nin inzibati binasında baş tutacaq.
Maya Hüseynova