EN

Xabarovsk-Ayan aviareysində gərgin anlar...

Xabarovsk-Ayan reysi ilə uçan təyyarə salonunda tüstülənmə səbəbindən çıxış hava limanına geri qayıdıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, "Aurora" aviaşirkətinə məxsus təyyarənin sağ mühərrikində tüstülənmə baş verib. Göyərtədə 11-i sərnişin olmaqla 13 nəfər olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Araşdırma aparılır.

Axar.az

Chosen
150
1
hurriyyet.az

10Sources