EN

Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb

Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb.

Operativ Media xəbər verir ki, məqalədə aşağıdakı məsələlərə toxunub.

Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən Azərbaycan yüklərinin Naxçıvana və Türkiyəyə təhlükəsiz keçidini təmin etməyə hazırdır.

"Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır. Ermənistan-Azərbaycan sərhədində üç sərhəd məntəqəsi layihəsi var ki, bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək. Hazırda fiziki infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları üçün indi də lazımi infrastruktur var. Biz yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik. Sərnişinlərin sərhəddən keçərkən gömrük və digər nəzarət funksiyalarını qarşılıqlı prinsip əsasında beynəlxalq ixtisaslaşmış təşkilata həvalə etməyi təklif etmişik.

O, Zəngəlan-Meğri-Ordubad və əksinə istiqamətdə dəmir yolu ilə daşımaların açılmasıtəklif edib:"İndiki mərhələdə Zəngəlan-Meğri-Ordubad və əksinə istiqamətdə dəmir yolu ilə daşımaların açılmasına başlamağı təklif edirik. Ermənistan heç vaxt öz suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı məhdudlaşdırılmasına razılıq verməyib", - deyə o bildirib.

Chosen
53
operativmedia.az

1Sources