EN

Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranı regional siyasətdə səhvlərə yol verməməsi ilə bağlı xəbərdarlıq etməsindən sonra, ölkənin İrandakı səfiri Hicabi Kırlanqıç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, İran XİN Türkiyə səfirini çətin regional şəraitdə yaxşı münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqət yetirməyə, eləcə də iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Chosen
76
1
hakimiyyet.az

10Sources