EN

Bölgə klubuna sevindirici xəbər – stadion, sponsor…

Ağdaş şəhər stadionunda təmir-bərpa işləri aparıla bilər.

İdmanxeber.az-a verilən məlumata görə, bu yaxınlarda Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyev sözügedən rayona səfər edib. O, rayon icra başçısı ilə birgə stadiona baxış keçirib.

Qısa vaxtda arenada müəyyən işlərin görülməsi üçün çalışmalar başlayacaq. Stadionun tribunaları, paltardəyişmə otaqları və digər problemlərinin həll olunması gözlənilir.

Görüşdə II Liqada mübarizə aparan  “Ağdaş” komandasının durumu da müzakirə edilib. Bölgə təmsilçisinə sponsor tapılması yönündə işlərin sürətləndirilməsinə qərar verilib.

 

Chosen
13
idmanxeber.az

1Sources