Bakı. Trend:
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayonsakinləri əvvəllər məhkum olunmuş Yəhya Güləliyev və NamiqMəhərrəmov saxlanılıblar.
Trendxəbər verir ki, onlardan ümumilikdə 1 kiloqram marixuana və heroin,eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkantədbiri seçilib.