EN

Azərbaycanlı federasiya rəsmisinə TƏYİNAT

Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

İdman.biz xəbər verir ki, Avropa Voleybol Konfederasiyası həmyerlimizə qadın voleybolçular arasında Çempionlar Liqasının oyunu üçün təyinat göndərib.

İsmayılova bu gün 1/4 final çərçivəsində baş tutacaq “Milano” (İtaliya) - “Əczaçıbaşı” (Türkiyə) klublarının oyununda hakimlərin işinə qiymət verəcək.

İtaliyanın Milan şəhərində təşkil olunacaq qarşılaşmanı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Simiç idarə edəcəklər. Görüşün “challenge” hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.

İdman.biz

Chosen
23
idman.biz

1Sources