Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmasını “fəlakət” adlandırıb və ölkə Prezidenti Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampdan üzr istəməyə çağırıb.
“Cebheinfo.az”“Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qonçarenko bu barədə teleqram kanalında paylaşım edib.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi emosiyaları söndürüb məntiqi işə salmalıdır: “Biz tamamilə ABŞ-dən asılıyıq və Trampın əleyhinə deyil, onunla birgə oynamalıyıq”.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.
Fotoda: Aleksey Qonçarenko
“Cebheinfo.az”