ABŞ prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarından əsas faydalanan Rusiyadır.
Herbiand.az bildirir ki, bu barədə The New York Times yazıb.
“Trampın qərarı münaqişənin kritik məqamında Vaşinqton və Kiyev arasındakı uçurumu kəskin şəkildə artırır. Bu addımdan ən çox faydalanan Rusiya prezidenti Vladimir Putindir”, - məqalədə deyilir.
Məqalə müəlliflərinin fikrincə, Trampla Ukrayna lideri Vladimir Zelenski arasında uzanan istənilən mübahisə yalnız Moskvanın mövqeyini gücləndirəcək - istər döyüş meydanında, istərsə də atəşkəs danışıqları zamanı.
Qeyd edək ki, Ağ Ev Ukraynaya bütün hərbi yardımın dayandırıldığını bəyan edib. Hazırda ölkəyə gedən və ya Polşada tranzit anbarlarında yerləşən ABŞ-ın bütün hərbi texnikası Ukrayna sərhədini keçməyəcək.
Bəxtiyar CƏFƏRLİ