NBA-də ötən gecə baş tutan oyunlar basketbol azarkeşlərinə bol həyəcan və maraqlı nəticələr bəxş etdi.
Offsideplus.az xəbər verir ki, gecənin ən diqqətçəkən hadisələrindən biri “Detroit Pistons”-un böyük fərqlə qalib gəlməsi oldu. Eyni zamanda, “Golden State Warriors” və “Oklahoma City Thunder” də parlaq qələbələr qazandı.
Gecənin nəticələri:
• “Golden State Warriors”, “Charlotte Hornets” üzərində 119-101 hesablı inamlı qələbə qazandı.
• “Portland Trail Blazers”, doğma meydanda “Philadelphia 76ers”-i 119-102 hesabı ilə məğlub etdi.
• “Miami Heat”, “Washington Wizards”-ı 106-90 hesabı ilə üstələdi.
• “Oklahoma City Thunder”, yüksək tempdə keçən oyunda “Houston Rockets”-ə 137-128 hesabı ilə qalib gəldi.
• “Atlanta Hawks”, gərgin keçən görüşdə “Memphis Grizzlies”-i 132-130 hesabı ilə məğlub etdi.
• “Sacramento Kings”, “Dallas Mavericks” üzərində 122-98 hesablı rahat qələbə qazandı.
• Günün ən böyük sürprizlərindən biri “Detroit Pistons”-dan gəldi. Komanda “Utah Jazz”-ı 134-106 hesabı ilə darmadağın etdi.