EN

Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib- ÖZƏL

"Azərbaycan və Pakistan tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Azərbaycanın xarici siyasətində Pakistanla olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Çünki Pakistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlətlərdən biridir. Həmçinin, bu iki ölkə bir çox beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında və digər regional qurumlarda sıx əməkdaşlıq edirlər. Pakistan Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib". "Olaylar" xəbər verir ki, bunu YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev deyyib: "Rəsmi İslamabad Ermənistanın işğalçılıq siyasətini pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb. Bu qərar dövlətimizə verilən sarsılmaz dəstəyin bariz nümunəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində Pakistanla əlaqələrimizi belə xarakterizə edib: "Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources