ABŞ-da yerləşən “Citigroup” bankı işçinin səhvi ucbatından səhvən müştərinin hesabına 6 milyard dollar köçürüb.

İndex.az xəbər verir ki, “Citigroup”un aktivlərin idarə edilməsi bölməsində baş verən xəta əməliyyatın həyata keçirilməsindən 1 gün sonra aşkar edilib.

Qeyd edək ki, bu hadisə bankın eyni ayda 2-ci böyük səhvi olub.

Belə ki, bank səhvən başqa bir müştərinin hesabına 81 trilyon dollar depozit qoyub.