2024-cü ildə “Bank Avrasiya”nın vaxtı keçmiş kreditləri 24,5 milyona manata yüksəlib.
Valyuta.az-ın hesablamasına görə, bu, 2023-cü illə müqayisədə 57% və ya 8,9 milyon çoxdur.
2023-cü ildə bankın vaxtı keçmiş kreditləri 15,55 milyon manat təşkil edib.
Bu dövrdə Bankın vaxtı keçmiş biznes kreditləri 12,34 milyon manatdan 20,2 milyon (7,86 milyon manat artım) manata kimi yüksəlib. Vaxtı keçmiş istehlak kreditləri əvvəlki illə müqayisədə 96% artaraq 487,9 min manata, vaxtı ötmüş daşınmaz əmlak kreditləri isə 27% artaraq 2,44 milyon manata çatıb.
Bank vaxtı keçmiş kreditlərin ümumi portfeldə çəkisini isə 12%-dən 18,1%-ə kimi artıb.
Qeyd edək ki, hesablama zamanı 30 günə qədər müddəti ötmüş kreditlər nəzərə alınmayıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.