EN

Ramazan ayında oruc tutan şəxs düzgün qidalanmağa diqqət etməlidir - Qastroenteroloq

Bakı. Trend:

Ramazan ayında oruc tutan şəxs düzgün qidalanmağa diqqətetməlidir ki, oruc müddətində enerjisi azalmadan, sağlamlıqproblemləri yaşanmadan günü rahat keçirə bilsin.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da qastroenteroloq Hicran Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, imsak vaxtı mümkün qədər bol maye qəbuledilməlidir:

“Mayenin temperaturu nə qaynar, nə də çox soyuq olmamalıdır.Məsləhətdir ki, xurma və digər quru meyvələrdən istifadə olunsun.Yeməyə gəlincə südlü yeməklər, yumurta, duzsuz pendir, şor, qaymaq,bal, duzu və şəkəri az olan un məmulatları istifadə edilə bilər.İmsak vaxtı çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tamtaxıllardan ibarət qidalara üstünlük verilməsi tövsiyə olunur. Buqidalar uzun müddətli enerjili və tox qalmanı təmin edəcək.Yumurtalar, süd, yoğurt, pendir kimi zülallı qidalar yemək bədəniuzun müddət enerjili saxlayır. Zülallar həmçinin əzələ kütləsininqorunmasına kömək edir. Vitamin və mineral balansını təmin etməküçün təzə tərəvəzlər (xüsusən salatlar) və meyvələrdən istifadəetmək önəmlidir. Lifli qidalar mədənin tox qalmasına köməkedəcək”.

Qastroenteroloq bildirib ki, iftar zamanı oruc mütləq 1 stəkanilıq su və xurma ilə açılmalıdır:

“Daha sonra sulu yemək yeyilməlidir. Əsas yeməyə təqribən 20- 25dəqiqə sonra keçilsə məsləhətlidir. Əsas yemək kimi çox acılı,duzlu, bol ədviyyatlı, souslu, çox qızardılmış və çox yağlıyeməklər məsləhət görülmür. Nisbətən tutumlu və kalorili yeməklərdaha faydalıdır. Daha çox tərəvəzli yeməklər, qatıq, mövsümə uyğunmeyvə tövsiyə edilir. Şirniyyat və çay isə iftardan 2 saat sonraməsləhət görülür. Xüsusən bitki çaylarını quru meyvələrlə içilməsidaha xeyirlidir”.

Məqalədə:
Chosen
15
az.trend.az

1Sources