Smartfon almadan əvvəl ətraflı araşdırma aparmaq vacibdir. Deyə bilərik ki, ən böyük prioritet seçdiyimiz modelin yaxşı bir istifadəçi təcrübəsi təqdim etməsi və uzun illər ehtiyaclarımızı qarşılamasıdır. Bəs, hazırda ən sürətli flaqman “Android” telefonları hansılardır?
İndex.az xəbər verir ki, “AnTuTu”nun fevral siyahısına nəzər saldıqda görürük ki, “MediaTek” və “Qualcomm” şiddətlə rəqabət aparır.
Keçən ayın çempionu “Snapdragon 8 Elite” ilə təchiz edilmiş “OnePlus Ace 5 Pro” oldu. 2 milyon 890 min 600 bal toplayan smartfonu “Dimensity 9400” prosessorlu “Vivo X200 Pro Satellite Edition” izlədi. Modelin balı 2 milyon 884 min 682-dir.
Siyahının üçüncü pilləsində 2 milyon 879 min 356 xalla “Red Magic 10 Pro+” qərarlaşıb. Dördüncü yerdə 2 milyon 868 min 237 bal toplayan “iQOO 13” qərarlaşıb. Nəhayət, “iQOO Neo10 Pro” 2 milyon 840 min 168 xalla beşinci yerdədir.