EN

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi vaxt məlum olub

Daşkənd. Trend:

Azərbaycan və Özbəkistan Əməkdaşlıq üzrə Birgə Hökümətlərarasıkomissiyanın 14-cü iclasını cari ilin ilk yarısında keçirməyirazılaşdırıb.

Trend xəbərverir ki, bu barədə Özbəkistanın investisiya, sənaye və ticarətnaziri Ləziz Kudratovla Azərbaycanın Özbəkistandakı səfiri HüseynQuliyev arasında keçirilən görüşdə məlum olub.

Görüşün yekunlarına əsasən, Əməkdaşlıq üzrə BirgəHökumətlərarası komissiyanın 14-cü iclasının, həmçininÖzbəkistan-Azərbaycan əməkdaşlığının ikitərəfli gündəmiçərçivəsində digər tədbirlərin 2025-ci ilin ilk yarısında təşkilolunması istiqamətində müştərək addımların atılmasırazılaşdırılıb.

Danışıqların gedişində tərəflər əldə olunmuş razılaşmalarınvaxtlı-vaxtında həyata keçirilməsini həmçinin ticari-iqtisadi vəinvestisiya əməkdaşlığının inkişaf perspektivlərini müzakirə etmiş,hər iki ölkənin işgüzar dairələrinin bu işə aktiv cəlb olunmasınaxüsusi diqqət ayırıblar.

Şəhərsalma, turizm və kənd təsərrüfatı sahələrində əvvəllərrazılaşdırılmış layihələrin həyata keçirilməsi məsələsinə xüsusidiqqət ayrılıb. Tərəflər cari işlərin sürətləndirilməsi üçünkompleks vəzifələr müəyyənləşdirib və yeni investisiyatəşəbbüslərinin dəstəklənməsi istiqamətində gələcək birgə addımlarırazılaşdırıblar.

Görüşdə həmçinin investisiya əməkdaşlığının müsbət dinamikasıqeyd edilib. Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakıilə 257 müəssisə fəaliyyət göstərir ki, bunlardan 56-sı birgəşirkət, 201-i isə 100% Azərbaycan iştirak payına malikmüəssisələrdir. Bu göstəricilərin dəfələrlə artırılması üçün yüksəkpotensialın mövcud olduğunu vurğulayan tərəflər, Özbəkistan vəAzərbaycan biznes icmaları arasında perspektivli layihələrintəşviqi barədə razılığa gəliblər.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources