EN

Azərbaycana gətirilən bu bitki çayında bakteriya aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində "RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) "Deva Dünyası Gıda Kozmetik Ltd. Şti” müəssisəsinin istehsalı olan "Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata görə, sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib.

Chosen
18
33
demokrat.az

10Sources