EN

19 milyon insan bu xəstəliyə yoluxacaq - 5 il sonra...

Dəri üzərində ağrılı səpgilər olaraq bilinən, xalq arasında suçiçəyi ilə qarışdırılan zona xəstəliyi hər 3 nəfərdən birində görülür. 

 

Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, stress, yuxusuzluq, zəif immun sistemləri kimi səbəblərlə meydana gələn xəstəliyin müalicəsi 6 aya qədər uzana bilər. Zona ağrısı xəstələri yuxusundan oyandıracaq qədər güclü olur.

 

Mütəxəssislər bildirir ki, ən böyük risk 65 yaş və üzəri şəxslərdədir. 

 

Böyüklərin 90%-nin bədənində olan, amma oyanmaq üçün uyğun vaxtı gözləyən zona xəstəliyi yaş irəlilədikcə özünü daha çox göstərə bilir. Xəstəliyin 2030-cu ildə 19 milyon insanda görüləcəyi proqnozlaşdırılır.

 

Bu xəstəlik virusların səbəb olduğu bir dəri xəstəliyidir. Xalq dilində "zona", "nəsil xəstəliyi" və ya "gecə yanığı" olaraqda bilinir.

 

Fidan Hacızadə

Chosen
61
50
sfera.az

10Sources