Ağdamın işğaldan azad edilən Qalayçılar kəndi ərazisində sümüklər aşkar edilib.
Bizim.Media xəbər verir ki, sümüklərin qazıntı zamanı tapıldığı bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda araşdırma aparılır.
Xatırladaq ki, bu il fevralın 14-də də rayonun işğaldan azad edilən Xıdırlı kəndi ərazisində qazıntı işləri zamanı sümüklər aşkarlanıb. (APA)
Bizim.Media