EN

Semafor: Avropa Zelenskiyə Yermakı günah keçisi etməyi təklif edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa rəsmiləri hesab edir ki, Volodimir Zelenski Ağ Evdəki uğursuz görüşdən sonra məsuliyyəti yaxın çevrəsindəki birinə yükləməlidir. Semafor yazır ki, əsas namizədlərdən biri Prezident Aparatının rəhbəri Andrey Yermakdır.

Mənbələrin sözlərinə görə, Zelenski ya açıq şəkildə üzr istəməli, ya da Yermakı "qurban verməlidir" ki, Vaşinqtonla münasibətləri düzəltsin. Bununla belə, Avropa rəsmiləri Ukrayna liderinin ABŞ-la əlaqələri bərpa etməsi üçün konkret addımların nə olacağına əmin deyillər.

Qeyd edək ki, 28 fevralda Tramp və Zelenski arasında gərgin müzakirə baş verib. Tramp Kiyevdən Putini tənqid etməyi dayandırmağı və atəşkəsə razılaşmağı tələb edib. ABŞ-nin vitse-prezidenti Vens isə Zelenskini "demokratların nankor təbliğatçısı" adlandırıb.

Bundan əvvəl İlon Mask Zelenskiyə istefa verib ölkəni tərk etməyi təklif etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources