EN

ABŞ və İsrail MN rəhbərləri İrana qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar

ABŞ-nin müdafiə naziri Pit Heqset ilə İsrail müdafiə naziri İsrail Katz arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İsrail müdafiə naziri “X”də paylaşım edib.

Telefon danışığı zamanı İsrail müdafiə naziri İranı region üçün əsas təhlükə adlandırıb: “İran regional təhlükəsizliyə ən böyük təhdid olaraq qalır. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-la birlikdə çalışacağıq”.

Katz Trampa İsrailə silah və müdafiə ləvazimatlarının çatdırılmasını sürətləndirdiyinə görə təşəkkür edib. Bundan əlavə bütün girovların azad edilməsinin və Qəzzada HAMAS-ın hakimiyyətinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Tərəflər güclü ABŞ-İsrail müttəfiqliyinə sadiqliklərini təsdiqləyib, İranın sabitliyi pozan ambisiyalarına qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar.

Chosen
83
7
apa.az

9Sources