EN

Azərbaycan - Belarus oyununun yeri və vaxtı

Millimizin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

A millimiz rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

Qeyd edək ki, yığmamız iyunun 7-də Latviya yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə yoldaşlıq oyununa çıxacaq.

Chosen
107
27
football-plus.az

10Sources