“Milan” yarımmüdafiəçisi Tikani Reynderslə yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, niderlandlı futbolçu ilə 2030-cu ilə qədər sözləşmə imzalanıb.
Reynders “Milan”da 2023-cü ildən çıxış edir. “AZ Alkmaar”dan transfer olunan 26 yaşlı yarımmüdafiəçi cari mövsüm vurduğu 8 qolla A seriyasında komandasının ən yaxşı bombardiridir.
Ümumilikdə isə bütün turnirlər nəzərə alınmaqla cari mövsüm Ticani Reynders 40 matçda 12 qol vurub, 3 dəfə məhsuldar ötürmə müəllifi olub.