EN

8 Martda kimə hansı rəngdə çiçəyi almaq olar?

Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir
Həmin gün xanımlara verilən ən məşhur hədiyyələrdən biri də çiçəkdir.
8 Martda çiçək seçimi qarşı tərəfə olan münasibətinizə və onun zövqünə uyğun olmalıdır. Rənglərin isə xüsusi mənaları var.
Bolgə.TV 8 martda xanımlara çiçək seçərkən nələrə fikir verməli olduğunuzu, güllərin rənglərinə görə mənalarını təqdim edir:
Qırmızı güllər – Sevgi və ehtiras simvoludur. Əsasən həyat yoldaşı, nişanlı və sevgiliyə alınır.
Ağ güllər və ya zanbaqlar – Saflıq və məsumiyyət rəmzidir. Anaya, bacıya və yaxın dostlara hədiyyə edilə bilər.
Çəhrayı çiçəklər – Zəriflik və qayğıkeşlik ifadə edir. Bacıya, iş yoldaşına və dostlara uyğun seçimdir.
Sarı çiçəklər (məsələn, mimoza, günəbaxan) – Günəş kimi isti duyğuları simvolizə edir, enerjili və pozitiv insanlara verilə bilər. Amma bəzi inanclara görə ayrılığı da ifadə etdiyinə görə diqqətli olmaq lazımdır.
Bənövşəyi və lavanda çiçəkləri – Zəriflik və hörmət rəmzidir. Müəllimlərə və yaşlı insanlara uyğun seçimdir.
Mavi çiçəklər – Sakitlik və sadiqlik bildirir, xüsusilə romantik münasibətlərdə fərqli və dərin mənalı seçim ola bilər.

Chosen
33
2
bolge.tv

3Sources