İsko “Betis”in İspaniya çempionatında “Real” üzərində qələbəsindən sonra üzr istəyib.
O, 54-cü dəqiqədə penaltidən vurduğu qolla hesabı 2:1 edib və nəticəsə “Betis” qələbə qazanıb. İsko sabiq komandasına vurduğu qolu çılğın şəkildə qeyd etdiyi üçün üzr istəyib. 9 il (2013-22) “Real”da çıxış edən yarımmüdafiəçi sosial şəbəkə hesabında bu barədə “qoldan sonra sevincimi qeyd etdiyim üçün “Real”ın bütün azarkeşlərindən üzr istədim, lakin bir daha üzr istəməyi lazım bilirəm.
“Real”a çox minnətdaram, onlar həmişə mənim ürəyimdə olacaq. Həm klubu, həm də onun azarkeşlərini nəzərdə tuturam” yazıb.
Qeyd edək ki, İsko “Real”la 19 kubok qazanıb.