“Ermənistanın heç bir ərazi iddiası yoxdur, ölkəmiz öz öhdəliklərinə və razılaşmalarına çox ciddi əməl edir”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, eskalasiya riski var, lakin eskalasiya üçün heç bir səbəb və şərait yoxdur.
“Biz həmişə, hər an hər şeyin ola biləcəyi ilə bağlı ən mənfi fərziyyədən çıxış etməliyik”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, hadisələr o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı inkişaflar ola bilər.
Daşqın HəsənovMissiya.Az