EN

Alimlər açıqladı: Depressiya riskini 50 faiz azaldan həftəsonu tövsiyəsi

Alimlər bazar günü səhərlər yatmaqla daha çox dincəlməyin sağlamlıq üçün faydalı olduğunu, hətta insanları daha xoşbəxt edə biləcəyini bildiriblər. Araşdırmalar göstərir ki, həftəsonu yataqda iki saat artıq vaxt keçirən insanların depressiyaya tutulma riski yarıya qədər azalır.

Xüsusilə həftəboyu iş və ailə həyatını balanslaşdırmağa çalışan, kifayət qədər yuxu almayan kişilər və 40-60 yaş aralığındakı şəxslər üçün bu vərdiş daha çox fayda verir. Çünki yuxu çatışmazlığı aşağı əhval-ruhiyyə, diqqət zəifliyi, çəki artımı, zəif immun sistemi və hətta ömrün qısalması ilə əlaqələndirilir.

Yenisabah.az xəbər verir ki, aparılan sorğular göstərir ki, yetkin insanların yalnız yarısı həftəsonları yataqda daha çox vaxt keçirir. Lakin alimlər əlavə iki saatlıq yuxunun depressiyaya qarşı müəyyən qoruyucu təsir göstərdiyini, eyni zamanda, stressi azaltdığını və hormon balansını tənzimlədiyini düşünürlər.

Bəzi araşdırmalara görə, keyfiyyətli yuxu insult və ürək xəstəlikləri riskini 20 faiz azalda bilər. Çinin Çendu Universitetində aparılan və "Affective Disorders" jurnalında yayımlanan son tədqiqatda 327 min kişi və qadın üzərində müşahidə aparılıb.

Bazar günü yataqda əlavə bir saat qalmağın depressiya riskini 30 faiz, bir-iki saat arasında isə 62 faiz azaltdığı müəyyən edilib. Lakin yataqda iki saatdan çox qalmağın əlavə faydası qeydə alınmayıb. Alimlər hesab edirlər ki, uzun müddət yatmaq, hüceyrə bərpası ilə bağlı sürətli göz hərəkəti (REM) yuxusunun müddətini artırır. Bu təsirin kişilərdə daha çox olması testosteron səviyyəsini yüksəldərək depressiyaya qarşı qoruma təmin edə bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
33
yenisabah.az

1Sources