EN

YAP Bərdə rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə musiqili tədbir keçirilib.

YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəliyi ilə birlikdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə musiqili tədbir keçirib. 

“İki sahil” xəbər verir ki,  tədbirdən öncə rayonun YAP üzvü olan şəhid anaları və fəal qadınları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. 

Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək bütün qadınları təbrik etmiş, dünya qadın hərakatının və Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolundan danışıb. Bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətinin Konstitusiya və Qanunlarda təsbiti və mexanizminin qurulması bu sahənin inkişafına böyük yol açıb və bugün də Müzəffər Lider cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Torpaqlarımızın işğaldan azad edilməsi bütün Azərbaycan qadınlarına, analarına, bütünlüklə Azərbaycan xalqına ən böyük ərmağandır. Buna görə Azərbaycan qadınları hər zaman Müzəffər Liderin siyasətini ürəkdən dəstəkləyirlər. Azərbaycan qadınlarını bütün dünyada layiqincə təmsil edən Mehriban xanım Əliyeva həyatın bütün sferalarında Azərbaycan qadınlarının fəallığına təkan olan addımları ilə daim  nümunə göstərir.

Tədbirdə çıxış  edən  YAP fəalları Arzu Hüseynzadə, Xuraman Naibova, Mehparə şəhid anaları Qəribova, həmçinin Yaşar Zamanov, Məhərrəm Şəfiyev, Fərid Hacıyev, Qurban Məmmədov, Vüsal Məmmədov, Zeynəb Əliyeva,  Xosrov Məmmədov,  Etibar Hüseynova, Səfurə Hümbətova, Aydın Qasımov, gənclər adından Fidan Nəsirli çıxış edərək  Azərbaycan qadınlarının üzərinə düşən missiyanı layiqincə yerinə yetirdiyindən qürur duyduqlarını bildiriblər.

Rayon Mədəniyyət Evinin direktoru Gülbəs Məmmədova və kollektivinin təqdim etdiyi rəngarəng musiqi nömrələri və şerlər tədbir boyu bir- birini əvəz etmişdir.

Sonda şəhid anaları və rayonun fəal qadınlarına YAP Bərdə rayon təşkilatının bayram hədiyyələri təqdim edilmişdir.

Chosen
23
ikisahil.az

1Sources