EN

Təbrizdə Azərbaycanla ticarətə maneələrin həlli yolları nəzərdən keçirilib

ISNA xəbər verir ki, dünən Təbriz Ticarət Palatasının özəl və dövlət sektorundan olan nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası ilə ticarətə maneələrin aradan qaldırılması üçün həll yollarının araşdırılması məqsədilə Azərbaycan Ticarət Masasının üçüncü iclası baş tutub.

Məlumata görə, Ticarət Palatasının beynəlxalq məsələlər şöbəsinin müdiri Səhənd Şahbazi deyib ki, görüşdə iki ölkə arasında quru sərhədinin bağlanması, güzəştli tariflərin olmaması, Kəlalə-Ağbənd yolunun tikintisi, sərhəd terminalı kimi məsələlər müzakirə edilib.

Toplantıda Şərqi Azərbaycan valiliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi Rəhim Rəvayi bildirib ki, Azərbaycanla siyasi fikir ayrılıqlarına baxmayaraq, ixrac həcmi artır. Azərbaycan Ticarət Masasının katibi Məhəmmədəli Nəccari isə “biz Azərbaycanla yaranmış problemləri diplomatiya və dialoq yolu ilə həll etməliyik”, – deyə, vurğulayıb.

visiontv.az



Chosen
41
visiontv.az

1Sources