EN

İspaniyada iki turist avtobusu toqquşub,34 nəfər xəsarət alıb

İspaniyanın Barselona şəhərində turistləri daşıyan iki avtobus toqquşub.

İki sahil” xəbər verir ki, hadisə nəticəsində 4-ü ağır olmaqla 34 nəfər yaralanıb.

Barselonanın yerli hakimiyyət orqanları bildiriblər ki, ərazidə səyahət edən italyan tələbələri daşıyan avtobus şəhərin mərkəzindəki Diaqonal de Barselona bulvarında kruiz gəmisindən limana gələn turistləri daşıyan avtobusa çırpılıb.

Avtobusun ağaca çırpılaraq dayanması nəticəsində 4-ü ağır olmaqla 34 nəfərin yaralandığı bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
43
1
ikisahil.az

2Sources