EN

“Saudi Aramco” cari ildə dividend ödənişlərini azaldacaq

Bakı, 4 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının neft nəhəngi “Saudi Aramco” 2025-ci ildə ümumi dividend ödənişlərinin 85,4 milyard dollar olacağını gözləyir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu, şirkətin ötənilki göstəricilərindən satış həcminin azalması və yüksək xərclər səbəbilə 30 faiz daha azdır (124,25 milyard dollar).

“Saudi Aramco”nun 2024-cü ildə xalis gəlirləri 106,2 milyard dollar olub ki, bu da 2023-cü ilin 121,3 milyard dollarlıq mənfəətindən 12,4 faiz azdır.

“Azalma aşağı gəlir və satışla bağlı olan digər – yüksək əməliyyat xərcləri, aşağı maliyyələşmə və mənfəətlə bağlı olub. İtkilər aşağı mənfəət vergisi və zəkat hesabına qismən kompensasiya olunub”, - deyə şirkətin açıqlamasında bildirilir.

Chosen
15
1
azertag.az

2Sources