EN

İsrail atəşkəsin ikinci mərhələsindən yayınır - HƏMAS

BAKI, TurkicWorld

İsrail və HƏMAS arasında atəşkəs danışıqları çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda, HƏMAS-ın yüksək vəzifəli rəsmisi Usamə Həmdan İsrailin razılaşmanın ikinci mərhələsinə keçməkdən yayındığını bəyan edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Həmdan bildirib ki, İsrail atəşkəs və məhbus mübadiləsi prosesinin növbəti mərhələsinə keçməyə mane olur.

O, eyni zamanda, İsrailin humanitar yardım maşınlarının Qəzzaya girişinə qadağa qoymasını kəskin tənqid edib və bunu danışıqlarda təzyiq vasitəsi kimi istifadə etdiyini vurğulayıb.

"İsrail humanitar yardımları bir şantaj vasitəsinə çevirərək danışıqları pozmağa çalışır. Bu, beynəlxalq hüquqa və humanitar prinsiplərə ziddir. Beynəlxalq ictimaiyyət İsrailə təzyiq göstərməlidir ki, humanitar yardımlar maneəsiz şəkildə Qəzzaya çata bilsin”, – deyə Həmdan qeyd edib.

Həmdan, həmçinin, İsrailin razılaşmanın ilk mərhələsindəki pozuntularına diqqət çəkib. O bildirib ki, İsrail atəşkəsi pozmağa cəhd edir və əvvəlcədən vəd etdiyi səyyar evlərin çatdırılmasını həyata keçirməyib.

Atəşkəsin ikinci mərhələsi ilə bağlı razılıq hələ əldə olunmasa da, tərəflər arasında gərginlik davam edir.

Chosen
42
50
turkic.world

10Sources