EN

Kanada və Çin ABŞ mallarına əlavə gömrük rüsumlarını açıqlayıb

ABŞ Prezident Donald Tramp çərşənbə axşamı rəsmi Vaşinqtonun Kanada və Meksikaya 25% gömrük rüsumu (tarif) tətbiq edəcəyini və Çindən idxala tətbiq edilən rüsumları 20%-ə qaldıracağını təsdiqlədikdən sonra, Kanada rəsmiləri ABŞ mallarına tarifləri açıqlayıb.

"Kanada bu əsassız qərarın cavabsız qalmasına imkan verməyəcək" - deyə baş nazir Castin Trudeau martın 3-də bildirib.

Birinci mərhələdə Kanada 4 mart tarixindən etibarən təxminən 20,6 milyard dollar dəyərində Amerka mallarına 25% rüsum tətbiq edəcək. Üç həftə sonra başlayacaq ikinci mərhələdə avtomobil, yük maşınları, polad və alüminium da daxil olmaqla 86,28 dollarlıq Amerika mallarına eyni tariflər tətbiq ediləcək.

"Bizim tariflərimiz ABŞ-ın ticarət sanksiyaları qaldırılana qədər qüvvədə qalacaq" - Kanadanın baş naziri deyib.

Çinin Maliyyə Nazirliyinin məlumatına görə, martın 10-dan Çin ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarına 10-15% əlavə gömrük rüsumları tətbiq edəcək. Bundan əlavə, ölkənin Ticarət Nazirliyi 15 ABŞ şirkətini ixraca nəzarət siyahısına əlavə edib.

Meksika prezidenti Klaudiya Şeynbaum da tariflərə cavab verəcəyini vəd edib: "Bizim B, C, D planımız var".

Chosen
127
2
marja.az

10Sources