EN

Donald Tramp Vladimir Zelenski ilə dialoqa hazırdır, əgər o,…- ABŞ vitse-prezidenti J.D.Vens

ABŞ vitse-prezidenti J.D.Vens bildirib ki, Vladimir Zelenski münaqişənin sülh yolu ilə həllinə qayıdarsa, prezident Donald Tramp onunla dialoqa hazırdır.

O, Avropa ölkələrini bu hərbi münaqişə ilə bağlı “realist olmağa” çağırıb.Vensin sözlərinə görə, Avropa rəsmiləri münaqişənin “əbədi davam edə bilməyəcəyini” və Kiyevin danışıqlara ehtiyacı olduğunu özəl olaraq etiraf edirlər. “Mənim ukraynalılara, prezident Zelenskiyə mesajım… siz masaya yaxınlaşıb qəbul etməlisiniz ki, Donald Tramp yeganə seçimdir, o, bu ölkəni xilas etmək üçün ağıllı planı olan yeganə şəxsdir”, -deyə o, “Fox News”a deyib.

Xatırladaq ki, ABŞ və Ukrayna arasında münasibətlər Donald Tramp və Vladimir Zelenski arasında ictimai mübahisədən sonra pisləşib.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources