Müasir dünyada xarici dil biliyi artıq bir üstünlük deyil, karyera və təhsildə uğurun əsas amilidir. Bundan başqa dil öyrənmək məntiqi təfəkkürü inkişaf etdirir və konsentrasiyanı artırır. İki və ya daha çox dil bilmək beynin qocalma prosesini ləngitdiyi və koqnitiv pozğunluqların qarşısını alır.

“Knowledge Academy”də təcrübəli müəllimlər ilə onlayn və əyani formatda keçirilən fərdi və qrup dərsləri müxtəlif hazırlıq səviyyələri üçün nəzərdə tutulub.

Mərkəzdə İngilis, Alman, Rus, Türk, Koreya və Çin dilləri tədris edilir, TOEFL, IELTS, DELF, TYS, TÖMER və s. kimi beynəlxalq imtahanlara hazırlıq qrupları fəaliyyət göstərir.

Bundan başqa əməkdaşlarının dil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş şirkətlər üçün korporativ təlimlər təşkil edilir.

Sürətli danışıq bacarığı əldə etmək üçün intensiv proqramlar, o cümlədən işgüzar ünsiyyət və peşəkar terminologiya üzrə ixtisaslaşdırılmış kurslar, dil daşıyıcıları ilə ünsiyyətdə təcrübə qazanmaq imkan verən Yay dil düşərgələri, xarici ölkələrə maarifləndirici turlar təşkil edilir.

Beynəlxalq əlaqələr və texnoloji inkişaf fonunda xarici dil bilmək: karyerada irəliləyiş, nüfuzlu xarici təhsil ocaqlarında təhsil almaq, beynəlxalq elmi konfranslarda və mübadilə proqramlarında iştirak etmək və ana dilinizdə olmayan ilkin məlumat mənbələrinə çıxış əldə etmək imkanıdır.

Biz öyrənməyi mümkün qədər rahat və effektiv etməyə çalışırıq. Karyera, təhsil və ya şəxsi inkişaf üçün dil öyrənmək istəməyinizdən asılı olmayaraq mərkəzimiz hədəflərinizə çatmağınıza kömək edəcək.

“Knowledge Academy” ilə uğurlu gələcəyə doğru ilk addımı bu gün atın!

Ünvan: Nəsib bəy Yusifbəyli 116A, Emrahlı iş mərkəzi, 5-ci mərtəbə

(+994)502030983

İnstagram: knowledge_academy_az