Bakı. Trend:
Sərfəli internet tarifləri və münasib qiymət siyasəti sayəsində“Nar” Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) üzrə6-cı dəfə ölkənin lider mobil operatoru seçilib. Operator ümumi NPSgöstəricisi üzrə lider olmaqla yanaşı, Gəncə, Xaçmaz, Sumqayıt,Abşeron və Lənkəran bölgələrində də ən yüksək nəticələri əldə edib.Respondentlərin fikrincə, ən yaxşı mobil internet və sərfəliqiymətləri məhz “Nar” təklif edir. Beynəlxalq araşdırma şirkətitərəfindən keçirilən sorğuda müxtəlif yaş və peşə qruplarındaninsanlar iştirak edib və nəticələr “Nar”ın müştəriməmnuniyyətindəki dayanıqlı liderliyini təsdiqləyib.
“Nar” müştəri təcrübəsini gücləndirən əsas amillərdən biri dərahat və əlçatan xidmət təqdim edən mağazalar şəbəkəsidir. 2024-cüil ərzində altı yeni mağaza istifadəyə verilib. Bununla yanaşı,2019-cu ildən başlanmış mağazaların modernləşdirilməsi başa çatıbvə artıq bütün “Nar” mağazaları müasir konsept və rahat müştəritəcrübəsi ilə fərqlənir. Yenilənmiş mağazalar mobil rabitəxidmətləri üçün daha əlverişli mühit yaradır ki, bu da müştəriloyallığına müsbət təsir edir.
“Nar” müştəri məmnuniyyətini yalnız sərfəli xidmətlə deyil,sosial məsuliyyət strategiyası ilə də gücləndirir. Operator 2024-cüildə təhsil, milli-mənəvi irs, vətənpərvərlik və inklüzivliyəyönəlmiş 40-dan çox sosial layihəyə iki milyon manata yaxın sərmayəyatırıb. Bu təşəbbüslər “Nar”ın cəmiyyət üçün sosial dəyər yaradanbir brend olduğunu göstərir. Şirkət 2025-ci ildə də bu istiqamətdəfəaliyyətini genişləndirməyi hədəfləyir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.